Ötən mövsümün sonunda Türkiyənin “Qalatasaray” komandasından ayrılan Dris Mertens karyerasını bitirib.
“İki sahil” xəbər verir ki, bu barədə 38 yaşlı belçikalı futbolçu məlumat verib. O, iyulun 3-də özü üçün vida matçı təşkil ediləcəyini açıqlayıb.
Qeyd edək ki, Dris Mertens karyerası ərzində “Qalatasaray”la yanaşı, Niderlandın PSV və İtaliyanın “Napoli” kimi tanınmış klublarında da çıxış edib. O, Belçika millisinin heyətində 109 oyuna 21 qolla yadda qalıb.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi