22 iyun 2025 17:43
135

Şensnı "Barselona"da qalacaq

İspaniya təmsilçisi "Barselona"nın idman direktoru Deku qapıçıları Voytsex Şensnı ilə müqavilə müddətini uzadacaqlarını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, 35 yaşlı qolkiperlə 2 illik sözləşmə imzalanacaq.

Məsələnin rəsmiləşməsi üçün müəyyən sənədlər hazırlanır.

Qeyd edək ki, Voytsex Şensnı ötən il oktyabrda karyerasını bərpa etdikdən sonra "Barselona"ya transfer olub.