22 iyun 2025 11:28
106

Qarabağ suvarma kanalında batan şəxsin meyiti tapılıb

19 iyun 2025-ci il tarixində Qarabağ suvarma kanalının Yevlax rayonu, Tanrıqulular kəndi ərazisindən keçən hissəsində batan vətəndaş - 2010-cu il təvəllüdlü Rəsulov Hüseyn Sübhan oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.