22 iyun 2025 10:19
108

XİN: Türkmənistan Yaxın Şərqdəki münaqişənin həllində iştirak etməyə hazırdır

Türkmənistan ən geniş diplomatik vasitələrdən istifadə etməklə Yaxın Şərqdəki mövcud vəziyyətin həllində iştirak etməyə hazırdır.

İki sahil” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çəlumata görə, bazar günü Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ABŞ dövlət katibinin müavini Kristofer Landau ilə telefon danışığı aparıb. Nazir Türkmənistanın neytral dövlət kimi beynəlxalq məsələlərdə fəal və konstruktiv rol oynadığını vurğulayıb.

“Bununla əlaqədar olaraq, Türkmənistan tərəfi istənilən beynəlxalq problemin sülh yolu ilə həlli prinsiplərinə ciddi riayət edərək, diplomatik vasitə və metodların ən geniş spektrindən istifadə etməklə Yaxın Şərqdə mövcud vəziyyətin həllində iştirak etməyə hazır olduğunu bildirib”, - deyə məlumatda bildirilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”