21 iyun 2025 18:00
142

Masallının 37 kəndində qaz kəsiləcək

İyunun 23-də Masallı rayonunun 37 kəndində qaz təchizatı dayandırılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb Masallı rayonu ərazisində yerləşən “Alvadı” qazpaylayıcı stansiyasında təzyiq tənzimləyicisinin, kürəvi kranın və flans birləşməsinin ləğvidir.

Bununla bağlı iyunun 23-də saat 10:00-dan işlər başa çatanadək, ümumilikdə 37kənd üzrə 17000abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.