21 iyun 2025 23:21
112

YAP Nəsimi rayon təşkilatı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı R.Behbudov küçəsi 53 üzrə (3 №-li uşaq poliklinikası) üzrə hesabat-seçki yığıcağı keçirilib.

“İki sahil” xəbər verir ki, hesabat-seçki yığıcağında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edərək, milli dövlətçilik amalları uğrunda daim çalışmağın və mübarizə aparmağın vacibliyindən söz açıb.

3 №-li uşaq poliklinikasının baş həkimi Sevinc Mirzəyeva öz çıxışında uşaqların sağlamlığında, onların yaxşı təhsil və təlim-tərbiyə almasında, Vətən və xalq üçün gərəkli övladlar kimi böyüməsində ölkə rəhbərliyinin gördüyü işlərdəndən bəhs edib.

Çıxışlardan sonra səsvermə keçirilib və 3 №-li uşaq poliklinikasının həkimi Güney Əsədova yekdilliklə R.Behbudov küçəsi 53 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Şəfəq Nəzərova isə sədr müavini seçilib.

Ərazi partiya təşkilatının yeni seçilmiş sədri göstərilmiş etimada görə təşəkkürünü bildirib.