Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Ağdama səfəri başlayıb.
“İki sahil” xəbər verir ki, xarici diplomatlar Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri, reallaşdırılan layihələrlə tanış olacaqlar.
Səfər iştirakçılarını Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Qeyd edək ki, diplomatik korpusun nümayəndələri ötən gün Laçında, bu gün səhər isə Şuşada olublar.
Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur - Ramin Məmmədov
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Müasir məktəb idarəçiliyində geyim standartları: Dünyəvi təhsil modelinin tərkib hissəsi