21 iyun 2025 14:05
112

OPEC+ ölkələrinin neft hasilatını artırmaq qərarı ilə bağlı AÇIQLAMA

OPEC+ neft hasilatını artırmaq qərarı İran-İsrail münaqişəsi fonunda qeyri-müəyyənliyə görə haqlı görünür.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu  “Rosneft”in baş direktoru İqor Seçin deyi.

"OPEC liderlərinin hasilatı artırmaq qərarı uzaqgörən addımıdr  və bazar nöqteyi-nəzərindən haqlıdır", - deyə, Seçin qeyd edib.

Qeyd edək ki, OPEC+ ölkələri iyulda neft hasilatını gündəlik 411 min barel artırmaq barədə razılığa gəliblər. İyulun 6-da OPEC+ ölkələrinin yeni iclası keçiriləcək və orada avqustda neft hasilatının səviyyəsi ilə bağlı məsələ həll olunacaq.

Mütəxəssislər istehsal artımının yüksək tempinin davam edəcəyini gözləyirlər.