21 iyun 2025 15:53
138

Tarixi fürsət yaranıb - Kurtulmuş

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri  Numan Kurtulmuş “Terrorsuz Türkiyə” parlament qrupunun yaradılacağı anonsunu verib. Onun sözlərinə görə, qrupun məqsədi terror probleminin tam aradan qaldırılmasına töhfə vermək olacaq.

“İki sahil” xəbər verir ki, Numan Kurtulmuş Brüsseldə jurnalistlərlə söhbətində yeni parlament qrupunun TBMM-nin yaz sessiyası başa çatana qədər yaradılacağını deyib.

“Bu gün terrorizm təhlükəsini Türkiyənin gündəmindən çıxarmaq üçün tarixi fürsət yaranıb və bundan istifadə edilməlidir”, - deyən parlamentin spikeri terror kartından on illərdir Ankaraya qarşı istifadə olunduğunu xatırladıb.

O, Türkiyə vətəndaşlarının milli və dini zəmində parçalanmasının yolverilməzliyini qeyd edib və ölkədə ictimai birliyin gücləndirilməsinə çağırıb.