21 iyun 2025 13:48
100

Putin: Ukrayna bloklara qoşulmayan və nüvəsiz statusa malik olmalıdır

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Ukraynanın nüvə silahı əldə etməsi ehtimalını istisna etmək lazımdır. Onun fikrincə, ölkə neytral, bloklara qoşulmayan və nüvəsiz statusa malik olmalıdır.

“İki sahil” xəbər verir ki, o, bu barədə Sky News Arabia telekanalına müsahibəsində bildirib

"Biz hesab edirik ki, Ukrayna dövlətçiliyinin başladığı yerə, yəni müstəqillik bəyannaməsində yazılanlara - neytral, bloklara qoşulmamaq və nüvəsiz statusa qayıtmaq lazımdır", - deyə, Putin bildirib.

Rusiya prezidenti bir gün əvvəl bəyan etmişdi ki, Rusiya Ukraynanın kapitulyasiyasına can atmır, lakin “yerdə yaranmış reallıqları tanımaqda israrlıdır”.