21 iyun 2025 12:27
87

Ukraynanın Azərbaycandakı səfiri Şuşada Bülbülün ev-muzeyindən paylaşım edib

Şuşada Bülbülün ev-muzeyini ziyarət edən Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev öz təəssüratlarını bölüşüb.

“İki sahil” xəbər verir ki, ukraynalı diplomat bu barədə“X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Şuşa şəhərinə səfərim zamanı əfsanəvi opera müğənnisi Bülbülün ev-muzeyini ziyarət etmək şərəfinə nail oldum. Onun oğlu Polad Bülbüloğlu - tanınmış bəstəkar, diplomat və mədəniyyət xadimi ilə tanış olmaq mənim üçün xüsusi zövq idi. Onun Ukraynaya dəstəyinə görə minnətdaram", - Y.Qusev yazıb.