Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı C.Cabbarlı küçəsi 34 üzrə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi) üzrə hesabat-seçki yığıcağı keçirilib.
“İki sahil” xəbər verir ki, hesabat-seçki yığıcağında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov bildirib ki, Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə Azərbaycan xalqının mənafelərinə xidmət edib, xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll olunması üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmışdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin direktor müavini Rafiq Xudayev qeyd edib ki, Ulu öndərimizin əsasını qoyduğu səhiyyə strategiyası hal-hazırda da olduqca uğurla davam etdirilir, əhalinin sağlamlığı və sosial rifahı yüksəlir, tibb sahəsində yüksək innovasiyalı müalicə-diaqnostika müəssisələrinin və yüksək ixtisaslı tibbi personalın sayı durmadan artır.
Daha sonra çıxış edən YAP Nəsimi rayon təşkilatının məsləhətçisi Aynur Poluyeva gənclərin, müxtəlif peşə sahiblərinin-səhiyyə əməkdaşlarının gündəlik həyatımızda və eləcə də fərqli sosial platformalarda partiyamızın ideoloji cəhətdən təbliği ilə bağlı fəal iştiraklarından söz açıb.
Çıxışlardan sonra səsvermə keçirilib və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin direktor müavini Rafiq Xudiyev yekdilliklə C.Cabbarlı küçəsi 34 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, mərkəzin baş mütəxəssisi Rəna Sadatova isə sədr müavini seçilib.
Ərazi partiya təşkilatının yeni seçilmiş sədri göstərilmiş etimada görə təşəkkürünü bildirib.