Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının iştirakçıları Azərbaycanın azad edilmiş ərazilərinə səfər ediblər.
“İki sahil” xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Milli Məclisinin bir neçə deputatı da iştirak edib. Onlar arasında Sumqayıt şəhərini parlamentdə təmsil edən, QDİƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Səbinə Salmanova və millət vəkili Zaur Şükürov da yer alıblar.
Qonaqlara və deputatlara Azərbaycan dövləti tərəfindən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, o cümlədən infrastruktur layihələri, hava limanları, yeni yaşayış massivləri və sosial obyektlərin tikintisi barədə ətraflı məlumat verilib.
Səfərin məqsədi qonaqları bölgədəki real vəziyyətlə tanış etmək, Azərbaycanın postmünaqişə dövründə regionda sülhə, təhlükəsizliyə və dayanıqlı inkişafa yönəlmiş fəaliyyətini yerindəcə nümayiş etdirmək olub.
Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur - Ramin Məmmədov
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Müasir məktəb idarəçiliyində geyim standartları: Dünyəvi təhsil modelinin tərkib hissəsi