Udmurtiyada mobil internet müvəqqəti olaraq məhdudlaşdırılıb
“İki sahil” RT-yə istinadla xəbər verirki, bu barədə respublika hökuməti məlumat yayıb.
“Mövcud əməliyyat şəraiti ilə əlaqədar 20 iyun 2025-ci il tarixindən mobil internet müvəqqəti olaraq kəsilib”, - deyə, məlumatda deyilir.
Bildirilir ki, mobil internetlə bağlı məhdudiyyətlər bu tədbirlərin tətbiqinə səbəb olan təhlükə aradan qaldırılana qədər qüvvədə qalacaq.