Fransa prezidenti Emmanuel Makron 2026-cı ildə kosmos sektorunun strateji inkişafına həsr olunmuş sammitin keçiriləcəyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Qeyd edilir ki, Parisdə təşkil olunması planlaşdırılan sammitdə yalnız Avropa ölkələrinin deyil, həmçinin Hindistan və BƏƏ də daxil olmaqla Qlobal Cənub ölkələrindən nümayəndələrin iştirak edəcəyi gözlənilir.