Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Qaradağlı kəndində Vətən müharibəsi qazisi Məhəmmədli Əhməd Əli oğlunun toyunda iştirak edib, qazini toy günü münasibətilə təbrik edib, yeni ailə həyatı quran gənclərə xoşbəxtlik arzulayıb.
“İki sahil” xəbər verir ki, toy mərasimində qazinin döyüş yoldaşları, şəhid ailələrinin üzvləri, rayon ağsaqqalları və ziyalıları iştirak edib.
Qeyd edək ki, Vətən müharibəsinin 3-cü dərəcəli əlili Məhəmmədli Əhməd Əli oğlu 04.06.1997-ci ildə Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Qazi və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur - Ramin Məmmədov
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Müasir məktəb idarəçiliyində geyim standartları: Dünyəvi təhsil modelinin tərkib hissəsi