Hindistanın Telekommunikasiya naziri Jyotiraditya Shinde deyib ki, hökumət "Starlink" şirkətinə ölkədə kommersiya fəaliyyəti üçün lisenziya verib.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
"Hindistanda əlaqənin növbəti mərhələsi ilə bağlı SpaceX-in prezidenti və baş icraçı direktoru Qvin Şotvellə məhsuldar görüş keçirdik. Rəqəmsal Hindistanın iddialı planlarını həyata keçirmək və ölkənin hər bir vətəndaşını gücləndirmək üçün peyk rabitəsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik", - deyə, nazir X sosial media hesabında yazıb.
Qeyd edək ki, Maskın şirkəti Hindistanda peyk internet xidmətləri göstərmək üçün lisenziya almaq üçün hələ 2022-ci ildə müraciət etmişdi. Bu ilin mart ayında "Starlink" hakimiyyət orqanlarından icazə alan kimi Hindistanın iki telekommunikasiya operatoru ilə öz xidmətlərini göstərməyə başlamaq üçün müqavilələr imzaladı. Hindistanın ən böyük telekommunikasiya operatoru olan milyarder Mukesh Ambani-nin Reliance Jio pərakəndə satış mağazalarında "Starlink" avadanlıqlarını satacaq.