14 iyun 2025 17:32
138

İrandan Azərbaycandan tranzitlə keçirilən “təzə qarpız” yükündə 207 kq-dan artıq marixuananın qarşısı alınıb

Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycandan tranzit keçməklə İrandan Rusiyaya aparılan “təzə qarpız” yükündə ümumi çəkisi 207 kiloqram 620 qram olan narkotik vasitə – marixuana aşkarlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycandan tranzit keçən və İrandan Rusiyaya “təzə qarpız” daşıyan nəqliyyat vasitəsi Astara Gömrük İdarəsində gömrük baxışına cəlb olunub. Yükə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və şübhəli təsvirlər müşahidə edilib.

Daha ətraflı yoxlama zamanı kinoloji xidmət iti 16 paletə reaksiya verib. Həmin paletlərdəki qarpız yükünün altından, gömrük nəzarətindən gizlədilmiş 64 ədəd bağlamada, qablaşdırma ilə birlikdə ümumi çəkisi 207 kiloqram 620 qram olan marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.