Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım İctimai Birliyi “Zərərli vərdişlərə qarşı mübarizənin artırılması” layihəsinə yekun vurub.
“İki sahil” xəbər verir ki, təlimlərin keçirilməsindən sonra 2025-ci il 03-10 iyun tarixlərində layihə çərçivəsində atıcılıq, paintball yarışları və rəsm sərgisi keçirilib. Keçirilən tədbirlər çərçivəsində yarışların və sərginin qalibləri mükafatlandırılıb, onlara kuboklar, medallar, hədiyyələr və sertifikatlar təqdim olunub.
Təşkilat sədri Vüsalə Əliyeva bildirib ki, yarışlarda və sərgidə iştirak edən gənclər bir daha zərərli vərdişlərlə bağlı fikirlərini və iradələrini nümayiş etdiriblər. Keçirilmiş tədbirlərin nəticələri onu göstərir ki, bu cür layihələrinin davamlı olması məqsədəuyğundur.
Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur - Ramin Məmmədov
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Müasir məktəb idarəçiliyində geyim standartları: Dünyəvi təhsil modelinin tərkib hissəsi