Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inamla və effektiv şəkildə inteqrasiyasına töhfə vermək səylərinin bir hissəsi olan incəsənət daha geniş şəkildə cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir.
İncəsənət və mədəni inteqrasiya əsasən özünüifadə, özünəinam, kreativlik, ünsiyyət bacarıqları, empatiya, psixi və fiziki rifahın yaxşılaşdırılması və digər mövzuları əhatə edib. İnteqrasiyanın əsas məqsədi əlilliyi olan şəxslərə hamımız üçün ortaq dil olan hərəkət və rəqs dili vasitəsilə ünsiyyət qurmağa kömək etmək idi. Bu dilin əlilliyi olan şəxslərin cəmiyyətdə tam və səmərəli şəkildə iştirakına əngəl olan maneələrin aradan qaldırılması istiqamətində çox effektiv olduğu artıq sübut edilib.
İncəsənət və mədəni inteqrasiya hər yaşda olan insanlara bu prinsiplərədn eyni dərəcədə faydalanmağa imkan verməklə onlara özlərini cəmiyyətin fəal tərkib hissəsi kimi hiss etməyə və özgüvənini artırmağa kömək edir. Həmçinin əlilliyi olan şəxslərin daha geniş cəmiyyətə inteqrasiyası üçün unikal və innovativ imkanlarını tədbiq etmək, minlərlə insana özünəinam və özünüifadə hissi bəxş edəcək.
Fiziki məhdudiyyətli insanların cəmiyyətə tam inteqrasiyası, onların həyat keyfiyyətini artırmaq və cəmiyyətlə daha sıx əlaqə qurmaq baxımından çox önəmlidir. Bu inteqrasiyanın təmin edilməsində incəsənətin rolu əvəzsizdir. İncəsənət, fiziki məhdudiyyətli şəxslərin özlərini ifadə etmələri və cəmiyyətlə daha yaxşı əlaqə qurmaları üçün mükəmməl bir vasitədir. İncəsənət tədbirləri və sərgiləri, fiziki məhdudiyyətli şəxslərin bacarıqlarını nümayiş etdirmələri və cəmiyyət tərəfindən tanınmaları üçün bir platforma yaradır. Bu, onların özünə inamını artırır və cəmiyyətə inteqrasiyalarını asanlaşdırır.
İnteqrasiyanı daha da təşviq etmək üçün, cəmiyyətin bütün üzvlərinin, o cümlədən dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının dəstəyinə ehtiyac var. İncəsənət və mədəni fəaliyyətlərə daha çox sərmayə qoyulması, fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasını təmin edəcək.
Elnar Musayev