NATO hava hücumundan müdafiə sistemləri, PUA və uzaq mənzilli raketlərin alınmasına üstünlük verəcək.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
“Prioritetıərimiz hava hücumundan müdafiə sistemləri, raketdən müdafiə sistemləri, uzaqmənzilli raketlər, pilotsuz uçuş aparatları və logistika aktivləri olacaq”, - deyə, o, bildirib.
Aİ-nin 27 ölkəsindən 16-sı hərbi xərclərini artırmaq üçün Avropa Komissiyasından dövlət büdcəsinin kəsirini 1,5% artırmaq üçün icazə istəyib.