04 iyun 2025 14:00
126

Tramp xarici yardım və ictimai yayım xərclərini azaltmaq istəyir

ABŞ Prezidenti Donald Tramp Konqresdən xaricə yardım və ictimai yayım üzrə dövlət proqramları üçün artıq təsdiqlənmiş büdcəyə yenidən baxılmasını xahiş edib.

“İki sahil” “The New York Times”a istinadla xəbər verir ki, Tramp bu yolla dövlət xərclərini 9,4 milyard dollar azaltmaq istəyir.

Konqresə göndərilən sənəddə artıq Donald Trampın çoxsaylı icra sərəncamlarının hədəfi olmuş və İlon Maskın Effektiv Hökumət Departamenti tərəfindən tənqid edilən 22 proqram sadalanır. Prezidentin qənaət etmək istədiyi pulun əsas hissəsi - 8,3 milyard dolları xarici yardım proqramları ilə bağlıdır. Qalanı İctimai Yayım Korporasiyası üçün maliyyədir, o da öz növbəsində NPR və PBS-ni maliyyələşdirir.

Mayın əvvəlində Tramp NPR və PBS-ni qərəzli hesabat verməkdə günahlandırıb və onların maliyyələşdirilməsini dayandırmaq barədə sərəncam imzalayıb.