04 iyun 2025 13:53
116

Sankt-Peterburqda reyd: 200 miqrant saxlanıldı

Sankt-Peterburq polisi Vahid Miqrasiya Mərkəzində və digər “xarici vətəndaşların cəlb olunduğu yerlərdə” 200-ə yaxın miqrantı adamı saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. 

Bildirilir ki, ümumilikdə hüquq-mühafizə orqanlarının əməkdaşları 5 minə yaxın miqrantı yoxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Ciddi qanun pozuntusuna yol vermiş 30-a yaxın şəxsə Rusiya Federasiyasının ərazisini tərk etmək zərurəti haqqında bildirişlər verilib.