"McLaren"in avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə dünya çempionatının 9-cu mərhələsinin - İspaniya Qran Prisinin seçmə mərhələsinin qalibi olub.
“İki sahil” xəbər verir ki, yarış Barselona-Kataluniya trasında baş tutub.
Onun komanda yoldaşı britaniyalı Lando Norris ikinci, niderlandlı Maks Verstappen ("Red Bull") üçüncü olub.
Mərhələnin əsas yarışı bazar günü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.