31 may 2025 21:49
191

Azərbaycan kubokunu “Sabah” qazandı

Bu gün Azərbaycan kubokunda 2024/25 mövsümünün final oyunu keçirilib.

İki sahil”in məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılan həlledici yarışda "Qarabağ" və "Sabah" komandaları üz-üzə gəliblər.

Yarışın 36-cı dəqiqəsində "Qarabağ"ın qapısına təyin olunan penaltini dəqiq yerinə yetirən Pavol Şafranko hesabı açıb. 43-cü qiqədə "Sabah"ın qapısına penalti təyin edilsə də Toral Bayramovun zərbəsini Stas Pokatilov dəf edib. 45+1-ci dəqiqədə isə Kadi Borqes bərabərlik qolunun müəllifi olub.

57-ci dəqiqədə "Qarabağ"ın qapısına növbəti dəfə penalti təyin edilib, lakin, bu dəfə Pavol Şafrankonun zərbəsini Mateus Koxalski dəf etməyi bacarıb.

Oyunun 67-ci dəqiqəsində "Sabah"ın futbolçusu Con İrasabal avotoqol müəllifi olub. 90+7-ci dəqiqədə isə Kahim Parris bərabərlik qolunu vuraraq yarışın əlavə edilmiş vaxta davam etməsini təmin edib.

Qarşılaşmada son nöqtəni 120-ci dəqiqədə “Sabah”ın futbolçusu Tellur Mütəllimov qoyub. Bununla da Bakı təmsilçisi tarixində ilk dəfə Azərbaycan kubokunu qazanıb.

Qeyd edək ki, "Qarabağ" tarixində 8 dəfə Azərbaycan kubokunu qazanıb. "Sabah" isə indiyədək bu titula sahib çıxa bilməmişdi.

Azərbaycan kuboku

FİNAL

31 may (şənbə)

19:00. "Qarabağ" 2-3 "Sabah"

Qollar: Pavol Şafranko, 36 – pen. (0-1), Kadi Borqes, 45+1 (1-1), Con İrasabal - 67 - avotoqol (2-1), Kahim Parris, 90+7 (2-2), Tellur Mütəllimov, 120 (2-3)

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov

VAR: Nicat İsmayıllı

AVAR: Fərid Hacıyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”