Azərbaycan Şahmat Federasiyası (AŞF) Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan Xəzər rayonunun Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq evini ziyarət edib.
“İki sahil” xəbər verir ki, "1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə uşaq evinin balaca sakinləri ilə görüşən AŞF-nin birinci vitse-prezidenti Faiq Həsənov onları bayram münasibətiylə təbrik edib.
Federasiya adından balacalara şahmata aid kitablar, eləcə də müxtəlif hədiyyələr təqdim olunub.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi