31 may 2025 11:39
163

Zaqatalada avtomobillə toqquşan motosikletin sürücüsü ölüb

Zaqatalada avtomobillə toqquşan motosikletin sürücüsü ölüb.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Üçüncü Tala kəndi ərazisində qeydə alınıb

Belə ki, “VAZ-2106” və motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü, 27 yaşlı Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.