Qaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
“İki sahil” xəbər verir ki, rayonun Qaxbaş kənd sakini Əfəndi Heydərov idarə etdiyi “KİA” markalı avtomobillə Qax şəhər sakini 74 yaşlı İsmət Mustafayevi yolu keçərkən vurub.
Hadisə nəticəsində İsmət Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər xəstənin vəziyyətini orta-ağır qiymətləndirir.
Hadisə ilə bağlı rayon polis şöbəsində araşdırma başlanılıb.