30 may 2025 08:46
128

Bu yollarda sıxlıq müşahidə olunur

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

4. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

7. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;

10. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

11. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur.