Xəzər dənizində zəlzələ olub.
“İki sahil” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Yerli vaxtla 09:02-də baş verən zəlzələnin maqnitudası 3.1 olub.
Yeraltı təkanların ocağı 67 kilometr dərinlikdə yerləşib.