Tbilisinin simvolik abidələri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
“İki sahil” xəbər verir ki, 28 May – Müstəqillik Günü münasibətilə Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan bayrağının rənglərinə bürünmüş işıq şousu təşkil olunub.
Şəhərin iki tanınmış memarlıq simvolu – Tbilisi televiziya qülləsi və Kür çayı üzərində yerləşən “Sülh körpüsü” mavi, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.
Aksiya Azərbaycanın milli bayramına dost Gürcüstanın diqqət və ehtiramının bir göstəricisi kimi dəyərləndirilib.
Qeyd edək ki, bu cür işıqlandırma Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə ardıcıl olaraq bir neçə ildir həyata keçirilir və yerli ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
Ukraynada hərbi sənaye işçiləri üçün 100 faizlik səfərbərlikdən azadolunma ləğv edilə bilər
Zelenski Ukraynanın tərəfdaşlarından kəşfiyyat məlumatları almadığını təsdiqləyib