13 oktyabr 2026 13:41
125

Gümrü merinin ev dustaqlığı müddəti üç ay uzadılıb

Ermənistanda məhkəmə Gümrü şəhərinin meri Vardan Qukasyanın ev dustaqlığı müddətini daha üç ay uzatmaq qərarına gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS-a onun vəkili Zaruhi Postancyan məlumat verib.

Vəkil bildirib ki, qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırılmışdı, lakin məhkəmə prokurorların təkid etdiyi kimi ev dustaqlığı müddətini üç ay uzatmaq qərarına gəldi.