Belarus Prezidenti Aleksandr Lukashenko bəyan edib ki, Avropa nüvə potensialı mövzusunda açıq-aşkar spekulyasiya edərək nüvə silahını ikiüzlü qılınca çevirir.
“İki sahil” xəbər verir ki, bu barədə "BelTA" agentliyi məlumat yayıb.
"Onlar nüvə potensialının, yəni onların indi adlandırdığı kimi, Avropanın nüvə qalxanının təkmilləşdirilməsi mövzusunda açıq şəkildə spekulyasiya etməyə başlayıblar. Baxmayaraq ki, ayrı-ayrı Avropa dövlətlərinin və onların liderlərinin dəfələrlə səsləndirilən aqressiv planlarına nəzər salsaq, bu gün qalxandan danışmamaq yerinə düşər. Bu, daha çox düşüncəsiz siyasətçilərin əlindəki qılınca bənzəyir. Lakin onlar başa düşməli və dərk etməlidirlər ki, bu qılınc iki tərəflidir. Mən nüvə silahından danışırам", - deyə Belarus prezidenti bildirib.
Ukraynada hərbi sənaye işçiləri üçün 100 faizlik səfərbərlikdən azadolunma ləğv edilə bilər
Zelenski Ukraynanın tərəfdaşlarından kəşfiyyat məlumatları almadığını təsdiqləyib