28 may 2025 12:26
190

Dublin hava limanında təhlükəli eniş anı – VİDEO

Almaniyanın Lufthansa aviaşirkətinə məxsus Airbus A320neo təyyarəsi Dublində eniş zamanı az qala qanadı ilə yerə toxunub.

“İki sahil” xəbər verir ki, görüntülər "DubJet Aviation" kanalında yayımlanıb.

Kadrlarda görünür ki, güclü külək səbəbindən təyyarə eniş zolağına yaxınlaşarkən bir qanadına doğru təhlükəli şəkildə əyilib. Nəticədə, hava gəmisi enişi yarımçıq saxlayaraq sürətlənib və yenidən havaya qalxıb.

Uğursuz eniş cəhdindən sonra ekipaj ikinci dövrəyə qalxmaq qərarına gəlib. Təxminən 15 dəqiqə sonra təyyarə uğurla yerə enib.

Qeyd edək ki, təyyarədə 236 nəfərə qədər sərnişin olub.