"Qarabağ"ın futbolçusu Mateuş Koxalski Polşa millisinə çağırılıb.
“İki sahil” xəbər verir ki, o, komandanın iyun ayında keçirəcəyi 2 matç üçün dəvət alıb.
Bu barədə Polşa Futbol Federasiyası məlumat yayıb.
Polşa millisi iyunun 6-da Moldova ilə yoldaşlıq oyununa çıxacaq. Komanda iyunun 10-da isə DÇ-2026-nın seçmə mərhələsində Finlandiyanı sınağa çəkəcək.
Koxalski bu görüşlər üçün Polşa millisinə çağırlıb.
Qeyd edək ki, Mateuş ötən ilin yayından Ağdam təmsilçisinin formasını geyinir.