21 yaşadək futbolçulardan ibarət Türkiyə millisinin baş məşqçisi Gökhan Gönül istefa verib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
40 yaşlı mütəxəssisin öz istəyi ilə komandadan ayrıldığı, karyerasında yeni səhifə açmaq istədiyi bildirilib.
Qeyd edək ki, Gökhan Gönül 2024-cü ilin sentyabr ayından Türkiyə U-21 yığmasının baş məşqçisi idi.