Bu başlıqlı tədbir cənub mirvarisi Lənkəranda Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatı və Lənkəran Tibb Kollecinin birgə təşkilatçılığı ilə keçirildi.
“28 May - Müstəqillik Günü”nə həsr edilmiş, kollecdə baş tutan tədbirdə əvvəlcə Müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyət, Türk dünyasının böyük oğlu ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladların əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Dövlət Himnin sədaları altında başlanan tədbirin giriş sözündə Tibb Kollecinin direktoru Mübariz Mustafayev bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixin dövlət səviyyəsində qeyd olunması, 1918-1920-ci illərdə qazanılmış uğurların araşdırılaraq dünyaya çatdırması Ümummilli Lider Heydər Əliyevin dərin düşüncəli siyasətin, misilsiz əməyinin bəhrəsidir. Həmçinin dövlət başçısı İlham Əliyev öz çıxışlarında dəfələrlə Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan müstəqil Azərbaycan dövlətinin sələfinin dövlətçilik ideya və ənənələrini davam etdirəcəyini, ölkəmizin müstəqilliyinin əbədi olacağını bəyan edib.
Çıxış üçün söz YAP Lənkəran rayon təşkilatının sədr müavini Əlövsət Qurbanova veriləndə o, dedi:-1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyalarında ilk parlamentli respublika, demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan edib və dövlət müstəqilliyimiz bərpa olunub.
Kollecin müəllimi Mahirə Fərəcova isə 28 mayla bağlı fikirlərini belə bildirdi: “ Şərqdə ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106 ili tamam olur. Altı il əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənəli şəkildə qeyd olunub.”
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü