Milli Basketbol Assosiasiyasında (NBA) yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.
“İki sahil” xəbər verir ki, "Oklahoma" və "Minnesota" komandaları üz-üzə gəliblər.
Rəqibini 128:126 hesabı ilə üstələyən "Oklahoma" seriyada fərqi artırıb - 3:1.
Qeyd edək ki, digər yarımfinalda "Nyu-York Niks" və "İndiana" kollektivləri qarşılaşır. "İndiana" hazırda seriyada öndədir - 2:1.
Bu raundda 4 qalibiyyət əldə edən komanda finala vəsiqə qazanacaq.