26 may 2025 17:42
301

Xabi Alonso ilə müqavilə imzalandı

"Real" yeni baş məşqçisi Xabi Alonso ilə müqavilə bağlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı mütəxəssislə müqavilənin müddəti 2028-ci ilin iyununa qədərdir.

Qeyd edək ki, Alonso son olaraq "Bayer"i çalışdırıb. O, bu vəzifədə Karlo Ançelottini əvəzləyib.