Yunan-Roma güləşi üzrə Azərbaycan millisi növbəti təlim-məşq toplanışına başlayıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Vladiqafqaz toplanışını başa vuran yığma bir neçə günlük fasilədən sonra Qubaya yollanıb. Komanda ABŞ millisi ilə birgə şimal bölgəsində təlim-məşq toplanışı keçəcək. Bu gün startı verilən hazırlıq prosesi iyunun 6-dək davam edəcək.
Toplanışda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli, Elmir Əliyev, Rəşad Məmmədov (hamısı 55 kiloqram), Nihat Məmmədli, Nihad Quluzadə, İlkin Qurbanov, Hüseyn Qəribov (hamısı 60 kiloqram), Murad Məmmədov, Ziya Babaşov, Fərid Baxışlı (hamısı 63 kiloqram), Həsrət Cəfərov, Fərid Xəlilov, Məhəmməd Şükürzadə (hamısı 67 kiloqram), Ülvü Qənizadə, Ruslan Nurullayev (hər ikisi 72 kiloqram), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kiloqram), Qurban Qurbanov, Tuncay Vəzirzadə (hər ikisi 82 kiloqram), İslam Abbasov, Rafiq Hüseynov (hər ikisi 87 kiloqram), Arif Niftullayev, Murad Əhmədiyev, Məhəmməd Əhmədiyev (hamısı 97 kiloqram), Beka Kandelaki və Sərxan Məmmədov (hər ikisi 130 kiloqram) iştirak edir.
Quba toplanışı iyulun 17-20-də Macarıstanda keçiriləcək ilin son reytinq turnirinə, eləcə də sentyabrın 13-21-də Xorvatiyada təşkil ediləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.