26 may 2025 10:32
306

NBA-da yarımfinal seriyasının daha bir oyunu keçirilib, "Nyu-York Niks" fərqi azaldıb

Milli Basketbol Assosiasiyasında (NBA) yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, "Nyu-York Niks" və "İndiana" komandaları üz-üzə gəliblər.

Rəqibini 106:100 hesabı ilə üstələyən "Nyu-York Niks" seriyada fərqi azaldıb - 1:2.

Qeyd edək ki, digər yarımfinalda "Oklahoma" və "Minnesota" kollektivləri qarşılaşır. "Minnesota" hazırda seriyada öndədir - 2:1. Bu raundda dörd qalibiyyət əldə edən komanda finala vəsiqə qazanacaq.