25 may 2025 22:48
79

Dünya Minifutbol Federasiyasının vitse-prezidenti: "Azərbaycanın dünya çempionatını ən gözəl şəkildə keçirəcəyi bəlli idi”

Dünya Minifutbol Federasiyasının vitse-prezidenti Peter Kralik Azərbaycanda keçirilən dünya çempionatının əvvəlkilərdən fərqləndiyini, turnirin ən gözəl şəkildə keçiriləcəyinin əvvəlcədən bəlli olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, o bunu jurnalistlərə açıqlamasında deyib.

Qurum rəsmisi, həmçinin Azərbaycan millisini yarışın ən güclü komandalarından biri kimi qiymətləndirib:

“Azərbaycanda keçirilən dünya çempionatı təşkilatçılıq baxımından əvvəlkilərdən çox fərqləndi. Keçən il Birləşmiş Ərəb Əmirliklərində keçirmişdik. Oradakı stadion açıq havada, sahildə tikilmişdi. Ən böyük fərq odur ki, bu dəfə dünya çempionatını təşkil edən ölkənin komandası yarışın 3 ən güclü iştirakçılarından biridir. Bu səbəbdən turniri ən gözəl şəkildə keçirəcəkləri bəlli idi”.

Vitse-prezident Azərbaycan yığmasının təzyiq altında çıxış ediyini düşünür:

"Azərbaycan yığması üçün turnir çox çətin olacaq. Çünki böyük təzyiq altında oynayırlar və gözləntilər çoxdur. Bu komanda üzərində təzyiqi daha da artırır. Bu mental cəhətdən güclü qalmağı çox çətinləşdirir. Ev sahibisənsə, gözləntilər böyükdür və ən yüksək uğura nail olmalısan".