İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünə yekun vurulub
Futbol üzrə İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün yekun – 38-ci turu baş tutub.
“İki sahil” xəbər verir ki, sonuncu həftənin bütün qarşılaşmaları 19:00-da start götürüb.
Vaxtından əvvəl çempionluğunu elan etmiş "Liverpul" "Kristal Pelas"la heç-heçəyə razılaşıb. Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan "Nottinhem Forest" və "Çelsi"nin matçında "zadəganlar" üstün olublar, "meşəçilər" isə növbəti mövsümü Konfrans Liqasında keçirəcəklər. Bundan başqa, növbəti mövsümü Avropanın ali klub turnirində çıxış etmək niyyətində olan "Aston Villa" səfərdə liqanın aşağı hissəsində qərarlaşan "Mançester Yunayted"ə məğlub olaraq Avropa Liqasına vəsiqə qazanmaqla kifayətlənib. "Mançester Siti" isə "Fulhem" üzərində inamlı qələbə qazanıb.
"Tottenhem" 1:3 "Brayton"
"Sauthempton" 1:2 "Arsenal"
"Nottinhem Forest" 0:1 "Çelsi"
"Nyukasl" 0:1 "Everton"
"Mançester Yunayted" 2:0 "Aston Villa"
"Liverpul" 1:1 Kristal Palas"
"İpsviç" 1:3 "Vest Hem"
"Fulhem" 0:2 "Mançester Siti"
"Bornmut" 2:0 "Lester"
"Vulverhempton" 1:1 "Brentford"
Turnir cədvəli:
1. "Liverpul" – 84 xal
2. "Arsenal"– 74 xal
3. "Mançester Siti"– 71 xal
4. "Çelsi"– 69 xal
5. "Nyukasl" – 66 xal
6. "Aston Villa" – 66 xal
7. "Nottinhem Forest"– 65 xal
8. "Brayton" – 61 xal
9. "Bornmut" – 56 xal
10. "Brentford"– 56 xal
11. "Fulhem" – 54 xal
12. "Kristal Palas" – 53 xal
13. "Everton"– 48 xal
14. "Vest Hem"– 43 xal
15. "Mançester Yunayted "– 42 xal
16. "Vulverhempton" – 42 xal
17. "Tottenhem "– 38 xal
18. "Lester" – 25 xal
19. "İpsviç" – 22 xal
20. "Sauthempton" – 12 xal