Misli Premyer Liqasının 36-cı turunda 4-cü yerdəki "Turan Tovuz" 9-cu pillədəki "Kəpəz"i qəbul edib.
“İki sahil”in məlumatına görə, yarışın 10-cu dəqiqəsində hesabı açan Aleks Souza 23-cü dəqiqədə yenidən qol vuraraq Tovuz təmsilçisinin üstünlüyünü iki topa yüksəldib – 2-0.
42-ci dəqiqədə “Kəpəz”in futbolçusu Turan Manafov avtoqola imza ataraq “Turan Tovuz”un üstünlüyünü üç, 44-cü dəqiqədə isə Ayxan Hüseynov dörd qola yüksəldib.
Oyun bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
36-cı tur
25 may (bazar)
17:00. “Turan Tovuz” 4–0 “Kəpəz”
Qollar: Aleks Souza, 10 (1-0), Aleks Souza, 23 (2-0), Turan Manafov, 42 – avtoqol, (3-0) Ayxan Hüseynov, 44 (4-0)
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Tovuz şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”