"Kəpəz” klubunda gözlənilməz hadisə baş verib.
Baş məşqçi Azər Bağırov klubla yolları ayırıb. O, qarşılıqlı razılıq əsaslnda Gəncə təmsilçisi ilə müqaviləni ləğv edib.
A.Bağırov bu gün “Turan Tovuz”la matçda “Kəpəz”i son dəfə oyuna çıxarıb.
Qeyd edək ki, A.Bağırov bu mövsüm “Kəpəz”i Premyer Liqada saxlamağı bacarıb. Onun klubun yeni rəhbərliyi dövründə də “Kəpəz”lə əməkdaşlığı davam etdirəcəyi gözlənilirdi.
QOL.az
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi