25 may 2025 15:51
113

Putinin helikopteri Ukraynanın dron hücumunun mərkəzinə düşüb

Rusiya Prezidenti Vladimir Putinin helikopteri onun Kursk vilayətinə səfəri zamanı Ukrayna Silahlı Qüvvələrinin dronlarının miqyaslı hücumunun mərkəzinə düşüb.

Bunu "Rossiya-24" telekanalının efirində hava hücumundan müdafiə diviziyasının komandiri Yuri Daşkin deyib.

Onun sözlərinə görə, göyərtəsində Putinin olduğu helikopter Kursk vilayəti üzərində uçuş həyata keçirəndə dronların hücum intensivliyi artıb:

"Biz eyni zamanda hava hücumuna qarşı döyüş aparırdıq və havada prezident helikopterinin uçuşunun təhlükəsizliyini təmin edirdik", - deyə o bildirib.

Xatırladaq ki, Putin mayın 20-də Kurska səfər etmişdi.

Oxu.Az