25 may 2025 19:30
96

Venesuelada ümumi seçkilər keçirilir

Venesuelada ümumi seçkilərdə səsvermə keçirilir.

“İki sahil” EFE-yə istinadən xəbər verir ki, ölkənin səs vermək hüququ olan 21,4 milyon vətəndaşı Milli Assambleyanın 285 deputatını və ştatların qanunverici şuralarının 260 nümayəndəsini, həmçinin ölkənin bütün ştatlarının qubernatorlarını seçməlidir.

Agentlik qeyd edib ki, müşahidəçilərin əksəriyyətinin diqqəti Esekibo (Qayana) regionuna yönəlib: burada 2023-ci ildə Venesuelada keçirilmiş referendumda iştirakçıların əksəriyyəti bu regionun Qayana-Esekiba ştatı hüququnda Venesuelaya birləşdirilməsini dəstəkləyib. Bu regionda Venesuela qubernatorunun, yerli qanunverici şuranın yeddi üzvünün və Milli Assambleyanın səkkiz deputatının seçilməsi planlaşdırılır.

Ölkənin Milli Seçki Şurasının sədr müavini Karlos Kinteronun sözlərinə görə, ölkədə 15 min seçki məntəqəsi açılıb.

Ümumilikdə seçkilərdə 54 siyasi birlikdən 6,7 min namizəd iştirak edir, 36 partiya Milli Assambleyaya namizədlər irəli sürüb.