Dövlət İmtahan Mərkəzinin (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanları ilk dəfə olaraq Xankəndi şəhərində də təşkil edilib. Bu, işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır.
“İki sahil” xəbər verir ki, Qarabağ Universitetində təşkil olunan imtahanlarda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər də iştirak edirlər.
Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndi şəhərində verirlər. İmtahanda ümumilikdə 51 abituriyentin iştirakı nəzərdə tutulur.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm hadisədir
“AzərEnerji”də YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub