Kolumbiyanın qərbində tələbələri daşıyan avtobusun baryerə çırpılması nəticəsində azı 10 nəfər ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə qəza qurbanlarının təhsil aldığı Aleksandr fon Humboldt Universiteti məlumat yayıb.
"Avtobusda 22 tələbə, iki müəllim və müəssisəmizin rabitə şöbəsinin əməkdaşı olub", - rektor Dieqo Xaramilyo Lopez universitetin instaqramdakı səhifəsindəki müraciətində deyib.
Təhsil müəssisəsi yeddi tələbə və üç universitet əməkdaşı olmaqla, ölənlərin siyahısını açıqlayıb. “Caracol” telekanalının məlumatına görə, qəza nəticəsində 8 tələbə ölüb.
Təcrübədən qayıdan tələbələri daşıyan avtobus körpünün baryerinə çırpılıb. İlkin məlumata görə, sürücü idarəetməni itirib.