24 may 2025 22:10
84

Elon Mask: “X”in böyük əməliyyat təkmilləşdirmələrinə ehtiyacı var

“X” sosial media platformasına giriş problemləri narazılığa səbəb olub.

İki sahil” xəbər verir ki, platforma ilə əlaqədar paylaşımlar edən bir hesabın paylaşdığı məlumatda qeyd edilir: “X”də bu səhər kəsintilər yaşayır. Bu, Oreqonda “X”in icarəyə götürdüyü məlumat mərkəzində baş verən yanğınla bağlı ola bilər".

Bu paylaşıma reaksiya verən “X”in sahibi Elon Mask qeyd edib: "Yenidən 24/7 işdəyəm, konfrans otaqlarında, server otaqlarında və fabrik bölmələrində yatıram. Kritik texnologiyalar işə düşdüyü üçün son dərəcə diqqətimi X/xAI və “Tesla”, (üstəlik gələn həftə “Starship” buraxılışı) üzərində cəmləməliyəm. Bu həftə “X”ə giriş problemlərinin də göstərdiyi kimi, böyük əməliyyat təkmilləşdirmələri lazımdır. Nüsxələmə sistemləri yerində olmalı idi, lakin işləmədi."

Məhərrəm Ağalaroğlu, “İki sahil”